Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov və ali təhsil müəssisəsinin əməkdaşları orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri çərçivəsində Ağcabədi rayonuna səfər zamanı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında və Ağcabədi Pedaqoji Kollecində tələbələrlə görüş keçiriblər.
Rektor Ceyhun Məmmədov çıxışında Azərbaycanda yüksək dini-mənəvi mühitin mövcud olduğunu, dövlət-din siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verilir.
Rektor ali təhsil müəssisəsi haqqında ümumi məlumat verib, institutun yaranma tarixi, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri və təhsil standartlarından bəhs edib.
Aİİ-nin magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova və ilahiyyat fakültəsinin dekan müavini Kövsər Tağıyev institutda qəbul prosesinin təşkili, mövcud ixtisaslar haqqında geniş məlumat veriblər.
Daha sonra Aİİ-nin heyəti ADPU-nun Ağcabədi filialında müəllim və tələbələrlə görüşüb.
Görüşdə ADPU-nun Ağcabədi filialının direktoru, dosent Mətanət Fərzəliyeva ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xüsusi önəm verildiyini vurğulayıb. O, gənclərdə milli-mənəvi dəyərlərə bağlılığı daha da gücləndirmək üçün müxtəlif layihə, müzakirə, seminar və görüşlərin təşkil olunmasının xüsusi rol oynadığını qeyd edib.
Aİİ rektoru Ceyhun Məmmədov dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində aparılan işlər, ölkəmizin inkişafında və milli-mənəvi dəyərlərin zənginləşdirilməsində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Vurğulayıb ki, hazırda ölkə başçısı İlham Əliyev xalqımızın milli-mənəvi dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir.
Rektor gənclərdə vətənpərvərlik ruhunun, milli-mənəvi dəyərlərə bağlılığın aşılanması məqsədilə institutda müxtəlif tədbirlər, görüşlər, dəyirmi masalar, seminarlar keçirildiyini də diqqətə çatdırıb.
Sonra filialın müəllim heyəti milli-mənəvi dəyərlər mövzusunda fikirlərini bölüşüb, həmçinin tələbələrin sualları cavablandırılıb.
Görüşlər zamanı elm və tədqiqat sahəsində əməkdaşlıq, birgə elmi konfrans, seminar, elmi-tədqiqat işləri və mühazirələrin təşkili barədə müzakirələr aparılıb.
Aİİ-nin Mətbuat Xidməti