Gürcüstanın Təhsil naziri gözlənilmədən istefa verib

Gürcüstanın Təhsil naziri gözlənilmədən istefa verib Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Batiaşvili noyabrın 7-də vəzifəsindən istefa verib.
Bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria hökumətin bugünkü iclasında bildirib. O, M.Batiaşvilinin öz istəyi ilə vəzifəsini tərk etdiyini deyib.
Xatırladaq ki, M.Batiaşvili 2018-ci ilin iyulundan Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri vəzifəsini tuturdu.

Tehsil-press.az

Oxşar xəbərlər