Boru kəmərinin partlaması nəticəsində altı nəfər ölüb

Boru kəmərinin partlaması nəticəsində altı nəfər ölüb Qahirədə Buheyra vilayətində boru kəmərinin partlaması nəticəsində altı nəfər ölüb, 15 nəfər yaralanıb.
Bu barədə ölkənin Səhiyyə və Əhali Nazirliyi bildirib.
Artıq mülki müdafiə qüvvələri yanğını lokallaşdıra biliblər.
Ölkənin Neft Nazirliyinin xüsusi açıqlamasına görə, "boru kəmərinin bu hissəsindəki vəziyyət nəzarət altındadır".

Tehsil-press.az

Oxşar xəbərlər