SOCAR Bakı-Novorossiysk kəməri üzrə neft nəqlinin dayandırılmadığını bildirib

SOCAR Bakı-Novorossiysk kəməri üzrə neft nəqlinin dayandırılmadığını bildirib Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib ki, Azərbaycan tərəfi bu boru kəməri ilə neftin nəqlini dayandırmayıb.

"Nəqletmədə heç bir fasilə olmayıb, neftin kəmərlə nəqli qrafik üzrə davam etdirilir", - məlumatda deyilir.
Baki-Novorossiysk neft kəməri üzrə Azərbaycan neftinin Rusiya istiqamətində ixracı bu gün səhər baş vermiş zəlzələdən sonra dayandırılıb.
Tehsil-press.az “İnterfaks”a istinadən bildirir ki, bu barədə Neft İnformasiya Agentliyinə (ANİ) “Transneft” şirkətinin prezidentinin müşaviri İqor Dyomin məlumat verib.
“Bu gün səhər Azərbaycanda baş vermiş. Episentri İsmayıllı rayonunda olmuş 6.5 ballıq zəlzələdən sonra Bakı-Novorossiysk boru kəmərinin yoxlanması aparılır”, - o dəqiqləşdirib.


Tehsil-press.az

Oxşar xəbərlər