Ayətullah Əli Xamneyi: Xarici qüvvələrin İranda sabitliyi pozmasına imkan verilməyəcək

Ayətullah Əli Xamneyi: Xarici qüvvələrin İranda sabitliyi pozmasına imkan verilməyəcək İranın bəzi şəhərlərində baş verən iğtişaşlar və nəticədə 2 nəfərin həlak olması təxribatçıların törətdiyi cinayətdir.
Bu sözləri İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi deyib.
O bildirib ki, İranın inqilabının əleyhinə olan qüvvələr heç nəyə nail ola bilməyəcəklər. Xarici qüvvələr İrandakı sabitliyi pozmağa çalışırlar. Bunun qarşısı qətiyyətlə alınacaq.
Noyabrın 16-da axşam saatlarında İranda benzinin qiymətinin artması ilə əlaqədar bəzi şəhərlərdə kütləvi etirazlar keçirilib. Polislə etirazçılar arasında baş verən toqquşmalarda 2 nəfər həlak olub.
Sosial şəbəkələrdə ölənlərin sayının çox olması haqqında məlumatlar verilsə də, bunu təsdiq edən faktlar göstərilmir.
İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının təklifi ilə internetə məhdudiyyətlər tətbiq edilib. Polis aksiyaların qarşısını qətiyyətlə alacağını bildirib.
Hazırda Tehranda və digər şəhərlərdə sabitlik hökm sürür.

Tehsil-press.az

Oxşar xəbərlər