Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin əməkdaşlarını yubiley medalı ilə təltif edib

Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin əməkdaşlarını yubiley medalı ilə təltif edib Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə bu ali məktəbin əməkdaşlarının “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi barədə əmr imzalayıb.
Əmrə əsasən, elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə, bu sahələrin inkişafına xüsusi töhfə verdiklərinə, universitetin sosial-mədəni inkişafında fəal iştirak etdiklərinə görə Bakı Dövlət Universitetin əməkdaşları “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif ediliblər.

Tehsil-press.az

Oxşar xəbərlər