ŞƏKƏRLİ DİABET XƏSTƏLİK DEYİL, HƏYAT TƏRZİDİR

ŞƏKƏRLİ DİABET XƏSTƏLİK DEYİL, HƏYAT TƏRZİDİR Son illər şəkərli diabetin profilaktikası və bu xəstəlikdən əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlər görülür.
Gəncə Dövlət Universitetində “Şəkərli diabet xəstəliyi və onun müalicəsi” mövzusunda keçirilən tədbirdə universitetin prorektoru Gülsüm Fətəliyeva, 6 nömrəli şəhər poliklinikasının endokrinoloqu, Tibb elmləri namizədi Elya Nəbiyeva, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Universitetin prorektoru Gülsüm Fətəliyeva bildirib ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə bu xəstəlik üzrə Dövlət Proqramı qəbul edilib.
Dövlət Proqramı qəbul edildikdən sonrakı keçən dövr ərzində şəkərli diabet xəstələrinin dərmanla təmin olunması xeyli yaxşılaşdırılaraq, onların şəkərsalıcı dərman preparatları ilə təminatında mövcud olan gərginlik aradan götürülüb. Xəstələrin əksəriyyəti özünənəzarət vasitələri – qlükometrlərlə təmin edilib. Müalicə-diaqnostika işinin yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanması üçün şərait yaradıb .
Eyni zamanda, şəkərli diabet xəstələrinin dəqiq qeydiyyatının aparılmasını, onların sağlamlıq vəziyyətinin dinamik müşahidəsini, dərmanla təminatına nəzarəti həyata keçirmək məqsədi ilə vahid registr forması hazırlanaraq təsdiq edilib. Lakin bütün dünyada olduğu kimi Azərbaycanda da şəkərli diabetə düçar olan şəxslərin sayı durmadan artır.
Dövlət Proqramında profilaktik tədbirlərə xüsusi yer verilib, əsas diqqət xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə və xəstəlik nəticəsində meydana çıxan fəsadların qarşısının alınmasına yönəlib.
Maarifləndirici tədbirdə çıxış edən endokrinoloq, Tibb elmləri namizədi Elya Nəbiyeva bildirib ki, bir neçə qrup şəkər endirici preparat vardır. Lakin şəkərli diabetin müalicəsi yalnız şəkərendirici müalicə ilə qurtarmır, onunla bərabər arterial hipertenziyanın, antiatreskirotik və antitrombatik müalicə keçirilməlidir. İndiki zamanda şəkərli diabetin profilaktikası mümkündür. Bu o demekdir ki şəkərli diabetin qarşısını almaq olar və bunun üçün həkimlərin əlində lazımi imkanlar var.
Belə ki, şəkərli diabetə tutulmuş insanlar “uzun müddət ya da ömrünün axırına kimi normal şəkərlərlə dərmansız və fəsadlarsız yaşaya bilər.”
Endokrinoloq Elya Nəbiyeva tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Mətbuat Xidməti


Oxşar xəbərlər