UNİVERSİTET MÜƏLLİMİNİN MƏKTƏBDƏ ŞAGİRDLƏR ÜÇÜN NÜMUNƏVİ AÇIQ DƏRSİ TƏŞKİL OLUNUB

UNİVERSİTET MÜƏLLİMİNİN MƏKTƏBDƏ ŞAGİRDLƏR ÜÇÜN NÜMUNƏVİ AÇIQ DƏRSİ TƏŞKİL OLUNUB Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbdə Gəncə Dövlət Universitetinin Riyaziyyat-İnformatika fakültəsinin baş müəllimi Ənvər Gəncəliyevin “İki nöqtə arasındakı məsafə” mövzusunda nümunəvi açıq dərsi keçirilib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, açıq dərsdə Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, Ə.Cavad adına 2 nömrəli tam orta məktəbin direktoru Sahibə Abdullayeva və riyaziyyat müəllimləri iştirak ediblər.
Məktəbin direktoru Sahibə Abdullayeva çıxışında qeyd edib ki, özü Universitetin Riyaziyyat–informatika fakültəsinin məzunu olub. Ə.Cavad adına 2 nömrəli tam orta məktəbdə müəyyən fənləri tədris edən müəlimlərin əksəriyyəti də Gəncə Dövlət Universitetinin məzunlarıdır. Gələcəkdə şagirdlərin ixtisas seçimində, onların Gəncə Dövlət Universitetini seçmələrini tövsiyə edib.
Təcrübə və karyera şöbəsinin rəhbəri Cabbar Qarayev bildirib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyyəsi və Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun tapşırığına əsasən orta təhsil müəssisələrində keçirilən bu cür tədbirlərin təşkilində məqsəd yuxarı sinif şagirdlərinə ölkəmizin tarixini daha dərindən öyrətmək, sevdirmək, ali təhsil müəssisəsinin nailiyyətləri və beynəlxalq əlaqələri haqqında məlumat vermək, eləcə də şagirdlərin gələcəkdə ixtisaslı kadr kimi əmək bazarının tələbinə uyğun düzgün ixtisas seçiminə kömək etməkdir. Cabbar Qarayev Təcrübə və kareyara şöbəsi tərəfindən bu cür tədbirlərin gələcəkdə də universitetin digər baza məktəblərində, eləcə də Gəncə və ətraf rayonların bütün orta məktəblərində keçirilməsinin planlaşdırıldığını vurğulayıb.
Sonra Ənvər Gəncəliyevin “İki nöqtə arasındakı məsafə” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi şagirdlərə koordinat sistemində iki nöqtə arasındakı məsafənin müxtəlif üsullarla hesablanmasını geniş izah edib. Nəticədə iki nöqtə arasındakı məsafə düsturu yazılaraq, situasiya məsələsi həm də düsturla həll edilib. Ənvər Gəncəliyev elektron lövhənin və kompyüterin, müasir təlim metodlarının istifadə etmə yollarını şagirdlərə göstərib.
Tədbirin sonunda məruzəçi şagirdləri maraqlandıran sualları ətraflı cavablandırıb.

Mətbuat Xidməti

UNİVERSİTET MÜƏLLİMİNİN MƏKTƏBDƏ ŞAGİRDLƏR ÜÇÜN NÜMUNƏVİ AÇIQ DƏRSİ TƏŞKİL OLUNUB

UNİVERSİTET MÜƏLLİMİNİN MƏKTƏBDƏ ŞAGİRDLƏR ÜÇÜN NÜMUNƏVİ AÇIQ DƏRSİ TƏŞKİL OLUNUB


Oxşar xəbərlər