GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN ALİMLƏRİ TƏRƏFİNDƏN MƏKTƏBLƏRDƏ KEÇİLƏN AÇIQ DƏRSLƏR İCTİMAİYYƏT TƏRƏFİNDƏN YÜKSƏK QİYMƏTLƏNDİRİLİR

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN ALİMLƏRİ TƏRƏFİNDƏN MƏKTƏBLƏRDƏ KEÇİLƏN AÇIQ DƏRSLƏR İCTİMAİYYƏT TƏRƏFİNDƏN YÜKSƏK QİYMƏTLƏNDİRİLİR Gəncə şəhəri Məhəmməd Füzuli adına 22 saylı tam orta məktəbdə Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri dosent Maqbet Əhmədovun “Koroğlu dastanı xalqımızın qəhrəmanlıq dastanıdır” mövzusunda ictimaiyyət üçün açıq dərsi keçirilib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, açıq dərsdə Məhəmməd Füzuli adına 22 saylı tam orta məktəbin müəllim və yuxarı sinif şagirdləri, eləcə də Gəncə Dövlət Universitetinin professor–müəllim heyəti iştirak ediblər.
Tədbiri məktəbin direktoru Abdulla Kərimov açaraq bildirib ki, universitet alimləri ilə məktəb şagirdləri arasında keçirilən görüşlərin hər bir şagirdin inkişafında, onların əsl şəxsiyyət kimi formalaşmasında rolu böyükdür.
Təcrübə və karyera şöbəsinin rəhbəri Cabbar Qarayev qeyd edib ki, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun tapşırığına əsasən keçirilən bu cür açıq dərslərin təşkilində məqsəd yuxarı sinif şagirdlərinə ölkəmizin tarixini, ədəbiyyatını, ana dilini, adət-ənənələrini sevdirmək, ali təhsil müəssisəsinin nailiyyətləri haqqında məlumat vermək, eləcə də şagirdlərin gələcəkdə əmək bazarının tələbinə uyğun düzgün ixtisas seçiminə kömək etməkdir.
Bildirib ki, Respublikamızın qərb bölgəsində ən böyük ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universiteti yüksək ixtisaslı pedaqoji kadrların hazırlanması istiqamətində ixtisaslaşıb. Ali təhsil müəssisələri içərisində özünün reytinqini ildən-ilə yüksəldən Gəncə Dövlət Universitetini yüksək balla seçən tələbələrin sayı da bu uğurlu göstəriciyə uyğun olaraq hər il artır.
Sonra məruzəçi dosent Maqbet Əhvədovun “Koroğlu dastanı xalqımızın qəhrəmanlıq dastanıdır” mövzusunda mühazirəsi dinlənilib. Məruzəçi vurğulayıb ki, XII əsrdə yaşamış xalq qəhrəmanı Koroğlunun əsl adı Rövşəndir. Digər əfsanəyə görə Həsən xan Alı kişinin gözlərini çıxardır və bu hadisədən sonra Rövşən xalq arasında Koroğlu adlandırılır. Tarixi mənbələrdə Koroğlunun şəxsiyyəti haqqında ilk dəfə Arakel Təbrizi özünün 1662-ci ildə qələmə aldığı "Tarix" kitabında məlumat verib. Şəhər və kəndlərin kasıb əhalisinin üsyan qaldırmasından bəhs edərkən o göstərib ki, üsyan başçılarının birinin adı Koroğludur. Övliyyə Çələbinin XVII yüzilliyə aid "Səyahətnamə"sində də Koroğlu Cəlalilər hərəkatının ən görkəmli nümayəndələrindən biri kimi xatırlanıb. Eləcə də, Cənubi Azərbaycanda yaşayan tacir Eliyas Muşeqin məlumatları böyük maraq doğurur. B.A.Karrıyev H.Samuelyana istinadən bildirir ki, Eliyas Muşeq İran şahı tərəfindən Rusiyaya göndərilir. Həştərxanda İranın gizli agenti kimi həbs edilərək topladığı "Nəğmələr" dəftəri əlindən alınır. Bu topluda Koroğlu barədə 1721-ci ildə yazılmış 13 qəhrəmanlıq nəğməsi olub. Həmin şeirlər 1954-cü ildə İrəvanda, 1969-cu ildə Bakıda işıq üzü görüb. Eliyas Muşeq nəğmələri yerli ağsaqqalların və xanəndələrin dilindən eşitdiyini bildirib.
Sonda alim məktəblilərin suallarını cavablandırıb.

Mətbuat Xidməti


GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN ALİMLƏRİ TƏRƏFİNDƏN MƏKTƏBLƏRDƏ KEÇİLƏN AÇIQ DƏRSLƏR İCTİMAİYYƏT TƏRƏFİNDƏN YÜKSƏK QİYMƏTLƏNDİRİLİR

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN ALİMLƏRİ TƏRƏFİNDƏN MƏKTƏBLƏRDƏ KEÇİLƏN AÇIQ DƏRSLƏR İCTİMAİYYƏT TƏRƏFİNDƏN YÜKSƏK QİYMƏTLƏNDİRİLİR

Oxşar xəbərlər