Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi fakültəsinin təşəbbüsü ilə Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta məktəbdə “Təhsildə rəqəmsal bacarıqlar və yeniliklərin tətbiqi” mövzusunda elmi-metodik seminar keçirilib.
Seminarın məqsədi şagirdlərə universitetdə kadr hazırlanması, həmçinin tədris edilən ixtisaslar, fənlər və əldə olunan nəticələr barədə ətraflı məlumat vermək, məktəb və universitet arasında sıx əlaqələr yaratmaqla təhsil işçilərində innovativ bacarıqları təbliğ etmək və bu sahədə təcrübə mübadiləsi aparmaq olub.
Seminarda bir sıra maraqlı elmi-metodik məruzələr dinlənilib, fənlərin və mövzuların tədrisi ilə bağlı yeni biliklər iştirakçıların diqqətinə çatdırılıb.
Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva çıxışında BSU haqqında ümumi məlumat verdikdən sonra “Mütəxəssis hazırlığı innovativ yanaşmalar kontekstində” mövzusunda məruzə edib. O, BSU-da tədris prosesinin keyfiyyətini təmin edən amilləri önə çəkərək təhsil proqramlarının məzmunu və strukturu, mütəxəssis hazırlığında innovativ yanaşmaların əhəmiyyəti və İKT-dən istifadənin müsbət nəticələrindən danışıb.
Məktəbin direktoru Gültəkin Quliyevanın, İngilis filologiyası kafedrasının baş müəllimi Natavan Babayevanın, BSU-nun nəzdində Məktəb-Lisey Kompleksinin informatika müəllimi Emin Həsənovun, ingilis dili müəllimi Məhsəti Məmmədovanın, rus dili və ədəbiyyatı müəllimi Vəfa Əliyevanın çıxışları böyük maraqla dinlənilib. Çıxışlar ətrafında müzakirələrdə universitet və məktəblər arasında bu istiqamətdə tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbir məktəb şagirdlərinin “Ana dilim-doğma dilim” adlı bədii-musiqili təqdimatı ilə yekunlaşıb.

BSU-nun Mətbuat Xidməti