Vulkan püskürməsinin qurbanlarının cəsədləri aşkar edilib

Vulkan püskürməsinin qurbanlarının cəsədləri aşkar edilib Xilasedicilər Yeni Zelandiyanın Uayt-Aylend adasında vulkan püskürməsinin qurbanlarının cəsədlərini tapıblar.
Öncə xəbər verilib ki, səkkiz əsgərdən ibarət xilasetmə qrupu ölənlərin qalıqlarını axtarmaq üçün adaya enib.
Məlumatda deyilir: "Altı cəsəd Uayt-Aylend adasından hava daşınması üçün hazırlanıb və onların helikopterlə Wellington gəmisinə daşınması prosesi başladı".
Ölənlərdən birinin qalıqları artıq adadan uğurla çıxarılıb.

Tehsil-press.az

Oxşar xəbərlər