Ekologiya və Təbii Sərvətlər Nazirliyi 14 dekabrda gözlənilən hava şəraitini açıqlayıb.
Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Dekabrın 14-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7, gündüz 8-13, dağlarda 0-5, gündüz 2-6 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 14-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohessas insanlar üçün əsasən əlverişlidir.
Tehsil-press.az