“MEDİATS” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ ƏMƏKDAŞLARIMIZ BEYNƏLXALQ TƏLİMDƏ

“MEDİATS” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ ƏMƏKDAŞLARIMIZ BEYNƏLXALQ TƏLİMDƏ Avropa Komissyasının “Erasmus+” proqramının “MEDIATS” layihəsi çərçivəsində Latviya Respublikasının Riqa şəhərində yerləşən Turiba Universitetində təlim və seminarlar təşkil edilib.
Tədbirdə Gəncə Dövlət Universitetinin əməkdaşları: İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin müdiri Razim Əliyev iştirak ediblər. 6 ölkədən olan 10 universitetin təmsilçiləri bir araya gələrək “Mediasiya: təlimin və cəmiyyətin transformasiyası” (MEDİATS) adlı layihənin ikinci görüşündə iştirak edib. Təlim və seminarlar zamanı mediasiya dəyərlərinin tərəfdaş ölkələrdə tətbiqi ilə yanaşı Mediasiya federasiyasının yaranması və mediasiya sahəsində magistr ixtisasının açılması müzakirə edilib. Bir həftə müddətində sahə üzrə eksertlərin dəstəyi ilə intensive proqram iştirakçılara öyrədildi. Proqrama əsasən mediasiyaya aid rəsmi sənədləşmə formaları, oponentlərə yanaşma üsulları və ən yaxşı təcrübələr praktiki şəkildə iştirakşılara izah edildi.
Təlimlərlə yanaşı əməkdaşlarımız layihənin icrasına yönələn idarəetmə görüşündə və eləcə də, Latvia Parlamentinə ekskursiyada iştirak ediblər.
Qeyd edək ki, “MEDİATS” layihəsinin əsas məqsəd universitetləri mediasiya sahəsində aparıcı qüvvələrə çevirmək və Azərbaycanda, Gürcüstanda və Ukraynada Avropa təcrübəsinədən faydalanaraq münaqişələrin məhkəməyə qədər obyektiv həllini yaxşılaşdırmaqdan ibarətdir.

GDU-nun Mətbuat Xidməti



“MEDİATS” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ ƏMƏKDAŞLARIMIZ BEYNƏLXALQ TƏLİMDƏ

Oxşar xəbərlər