ADPU-nun əməkdaşları keyfiyyətin təminatı ilə bağlı beynəlxalq təlimdə iştirak ediblər

ADPU-nun əməkdaşları keyfiyyətin təminatı ilə bağlı beynəlxalq təlimdə iştirak ediblər Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşları Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən "Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərini yaradılması və inkişaf etdirlməsi" (EQAC) layihəsi çərçivəsində beynəlxalq təlimdə iştirak ediblər. ADPU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov və həmin şöbənin mütəxəssisi Fatimə Rzayevanın da iştirak etdiyi təlim layihənin tərəfdaşlarından biri olan Litvanın EKT şirkətinin əməkdaşları tərəfindən keçirilib.
Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihə çərçivəsində baş tutmuş təlimdə layihənin tərəfdaşı olan 11 Azərbaycan universitetinin nümayəndələri iştirak ediblər. Təlimlərin məqsədi proqram təminatının qurulması, keyfiyyətin təminatının onlayn sisteminin yaradılması, keyfiyyətin təminatı fəaliyyətinə nəzarət edən xüsusi portalın işləmə mexanizminin oyrənilməsi, eləcə də ESG standartlarının müzakirəsi və həmin standartların ali məktəblərdə tətbiqi ilə bağlı mövcud problemlərin, çatışmazlıqların və inkisaf istiqamətlərinin müəyyənləşdirilməsindən ibarət olub.
“Avropa ali təhsil məkanında keyfiyyətin təminatı üzrə Standartlar və Qayadalar”a əsasən proqram təminatının qurulması, keyfiyyətin təminatı sisteminin fəaliyyətinə nəzarət edən xüsusi portalın funksiyaları, istifadə qaydaları izah edilib. Eyni zamanda təlim günlərində həmin sənəddə öz əksini tapmış bəzi standartlar üzrə qruplarla iş aparılıb, universitetlər müxtəlif təqdimatlar hazırlayaraq nümayiş etdiriblər.
Mayın 2-də Bakı Biznes Universitetində layihə çərçivəsində iki gün davam edəcək “Azərbaycanda ali təhsilin beynəlmiləlləşdirilməsi və rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. Layihə iştirakçıları ilə yanaşı, tərəfdaş universitetlərin nümayəndələri, o cümlədən ADPU-nun 6 əməkdaşının ali təhsildə keyfiyyətin artırılmasının əhəmiyyəti və yolları ilə bağlı tezisi konfransın proqramına daxil edilib.
Qeyd edək ki, sözügedən layihənin sonunda yerli tərəfdaşlar olan 11 ali təhsil müəssisəsində keyfiyyətin təmin edilməsini nəzərdə tutan QPR proqram təminatı üzrə xüsusi onlayn portal fəaliyyətə başlayacaq. Dördgünlük təlimin sonunda isə tədbir iştirakçılarına sertifikatlar təqdim ediləcək.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-nun əməkdaşları keyfiyyətin təminatı ilə bağlı beynəlxalq təlimdə iştirak ediblər

Oxşar xəbərlər