ADPU-nun əməkdaşları EQAC layihəsi çərçivəsində Litvada növbəti beynəlxalq təlimdə iştirak ediblər

ADPU-nun əməkdaşları EQAC layihəsi çərçivəsində Litvada növbəti beynəlxalq təlimdə iştirak ediblər Noyabrın 17-23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşları Litvada keçirilən nöbvəti beynəlxalq təlim səfərində iştirak ediblər. ADPU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri, dosent Qalib Şərifov, Davamlı təhsil və innovasiyalar şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Günay Məhərrəmova EQAC (“Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi”) layihəsi çərçivəsində sözügedən təlimdə universiteti təmsil ediblər.
Avropa Komissiyası tərəfindən Erasmus+ proqramına əsasən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatoru olduğu EQAC layihəsi çərçivəsində 18-22 noyabr 2019-cu il tarixində keçirilmiş təlimdə Litvanın EKT Akkreditasiya Təşkilatının nümayəndələri və SMK Tətbiqi Elmlər Universitetinin keyfiyyətin təminatı üzrə eksperti tərəfindən ünsiyyətin qurulması, fişbon diaqramının özəllikləri, natiq və dinləyici üçün qızıl qaydalar və s. haqqında ustad dərsi (Masterclass) baş tutub. Litvanın SMK Tətbiqi Elmlər Universitetində baş tutan təlimdə layihənin tərəfdaşı olan 11 Azərbaycan universitetinin nümayəndələri iştirak ediblər. Təlimin əsas mövzusundan biri isə keyfiyyətin təminatı proseslərinin, modellərinin QPR elektron portalına daxil edilməsi və ümumilikdə keyfiyyətin təminatına dair portalın idarə edilməsinin iş prinsiplərinin öyrədilməsi olub.
Bununla yanaşı, Keyfiyyət İdarəetmə Sistemi, tədrisdə yeni təlim və qiymətləndirmə metodlarından istifadə olunması, motivasiyanın qurulması və s. haqqında avropalı ekspertlər tərəfindən real nümunələr əsasında təlimlər keçirilib. Təlim müddətində Azərbaycan ali məktəblərinin hər biri sözügedən proqramın köməyi ilə kompüter qrafikası üzrə təmsil etdikləri universitlərlə bağlı, eləcə də müxtəlif mövzularda tapşırıqlara əsasən hazırladıqları təqdimatları nümayiş etdiriblər.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Oxşar xəbərlər