Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsinə həsr olunmuş ikinci mühazirə keçirilib.
Tədbirdə rektor Elçin Babayev növbəti məruzənin Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi tədbirindəki çıxışına həsr olunduğunu deyib. Rektor qeyd edib ki, dövlət başçısının təntənəli yubiley mərasimindəki əhatəli nitqi proqram xarakterli sənəd, ilk növbədə, öz həyatını gənc nəslin təlim-tərbiyəsinə həsr edən müəllimlərə və Azərbaycanın gələcəyi üçün cavabdeh olan tələbələrə ünvanlanmış aktual bir mühazirədir.
Sonra BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubiley mərasimindəki nitqi və qarşıda duran vəzifələrimiz” mövzusunda mühazirə ilə çıxış edib. Bildirilib ki, dövlət başçısı yubiley tədbirindəki çıxışında xalqımızın tarixi, müəllim-tələbə münasibətləri, Avropaya inteqrasiya məsələsinin mahiyyəti, gənclərin əxlaqi və hərbi-vətənpərvərlik tərbiyəsi kimi aktual məsələlərdən bəhs edib. Vurğulanıb ki, dövlət başçısının, əslində, bütün Azərbaycan vətəndaşlarına açıq müraciəti olan bu nitqdən hər kəs nəticə çıxarmalı, bunu gündəlik və gələcək fəaliyyətində əsas götürməlidir.
K.Aslan ölkə rəhbərinin nitqindən irəli gələn vəzifələrlə bağlı bəzi mühüm məqamlara toxunaraq, artıq bu istiqamətdə Təhsil Nazirliyinin xüsusi tədbirlər planı hazırladığını, BDU-nun da bununla bağlı konkret iş planı üzərində işlədiyini bildirib, bir sıra təkliflər irəli sürüb.
BDU-nun Mətbuat Xidməti