Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr edilmiş seminar keçirilib.
Seminarı giriş sözü ilə açan elm və texnika işləri üzrə prorektor Arif Şərifov ölkə başçısı İlham Əliyevin Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı əsasında bu elm təhsil ocağının yubiley tədbirlərinin həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda qeyd olunduğunu toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova BDU-nun keçdiyi şanlı və şərəfli yol barədə geniş məruzə ilə çıxış edib. O, çıxışında ilk universitetin Azərbaycanda təhsilin və elmin inkişafına göstərdiyi misilsiz xidmətlərlə yanaşı, ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm rolundan danışıb. Qeyd edib ki, bu ali təhsil ocağının inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. BDU-nun böyük alimlər, ictimai xadimlər, yaradıcı ziyalılar yetişdirdiyini deyən rektor bu ali təhsil ocağının ən görkəmli məzunlarından sayılan ulu öndərimiz Heydər Əliyevin adını xüsusi vurğulayıb və bu dahi şəxsiyyətin ali təhsil ocağının məzunu olması ilə həmişə fəxr etdiyini söyləyib.
Gülçöhrə Məmmədova çıxışında BDU-nu Azərbaycan xalqının milli sərvəti, ali məktəblərimizin flaqmanı, elm məbədi adlandırıb. Rektor BDU-nun qabaqcıl pedaqoji kadrlarının Azərbaycan təhsilinin, elminin inkişafı, tərəqqisi naminə yorulmadan çalışdığını vurğulayıb.
Tədbirdə filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanov, filologiya üzrə elmlər doktoru, professor Yeganə İsmayılova, BDU-nun kafedra müdiri Səhər Orucova, elmi işlər üzrə dekan müavini, dosent Mehriban Əlizadə təmsil etdikləri universitetin dünəni, bu günü barədə danışıb, universitetlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Universitetin Ekologiya kafedrasının müdiri Fəqan Əliyev, AzMİU-da çalışan və BDU-nun məzunu olmuş Akif Hacıyev təbrik nitqləri ilə çıxış ediblər.

Mətbuat Xidməti