Bakı Mühəndislik Universitetində (BMU) Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti kimi dəyərləndirdiyi Bakı Dövlət Universitetinin keçdiyi tarixi yola nəzər salıb. Rektor vurğulayıb ki, universitetin inkişafında yeni keyfiyyət mərhələsi ümummilli lider, BDU-nun tarix fakültəsinin məzunu Heydər Əliyevin adı və fəaliyyəti ilə birbaşa bağlıdır. Sovet rejiminin tətbiq etdiyi bütün qadağalara baxmayaraq, məhz Ulu Öndərin səyi nəticəsində 1969-cu il noyabrın 1-də universitetin yaradılmasının 50 illik yubileyi qeyd olunub. Həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin şəxsən tədbirdə iştirak etməsi inqilabi bir hadisə idi. Bu addım BDU-nun həyatında yeni başlanğıcın, milli-mənəvi dirçəlişin əsasını qoydu.
Sonrakı dövrlərdə BDU-nun inkişafı ilə bağlı ulu öndər Heydər Əliyevin verdiyi digər mühüm qərarlara da toxunan Havar Məmmədov Prezident İlham Əliyevin diqqət və qayğı nəticəsində universitetin uğurlarının zənginləşdiyini, maddi-texniki bazasının gücləndiyini vurğulayıb.
O diqqətə çatdırıb ki, BDU ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsində, təhsilin inkişafında, ölkədə maarifçiliyin, elmin tərəqqisində, milli ideologiyanın formalaşmasında fəal iştirak edir.
BDU-nun elm və innovasiyalar üzrə prorektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Aydın Kazımzadə müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi fəaliyyətə başlayan universitetin hazırda Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisələrindən biri olduğunu bildirib. Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tarixi hadisələrdən birinin BDU-nun yaradılmasının olduğunu qeyd edən prorektor ulu öndər Heydər Əliyevin bu universitetin inkişafındakı tarixi xidmətlərini vurğulayıb.
Aydın Kazımzadə Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından bəhs edərək, ali təhsil ocağının yubiley tədbirlərinin davam etdiyini, indiyə qədər ölkəmizdə, eləcə də ölkə hüdudlarından kənarda yubileyin qeyd edildiyini bildirib.
Prorektor çıxışında, həmçinin BMU-nun gənc universitet olmasına baxmayaraq, qısa müddətdə fəxr olunası nailiyyətlər əldə etdiyini, ali təhsil ocaqları arasında özünə layiqli yer tutduğunu vurğulayıb, tədbirin təşkilinə görə təşəkkürünü bildirib.
BDU-nun Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov, BMU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Akif Hüseynli, Riyaziyyat kafedrasının müdiri, dosent Rakib Əfəndiyev məzunu olduqları BDU haqqında xoş təəssüratlarını bölüşüblər.

Mətbuat Xidməti