Rumıniyada ali təhsilin müxtəlif səviyyələri üzrə təqaüd proqramı elan edilib

Rumıniyada ali təhsilin müxtəlif səviyyələri üzrə təqaüd proqramı elan edilib Rumıniya Xarici İşlər Nazirliyi 2020-2021-ci tədris ili üzrə ali təhsilin bakalavriat, magistratura, doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib.
Tələb olunan sənədlərin siyahısı keçiddən əldə edilə bilər. Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları yuxarıdakı keçiddə göstərilən müvafiq ərizə formaları ilə birgə tələb olunan sənədləri 2020-ci il fevralın 7-dək Rumıniyanın Azərbaycandakı səfirliyinə təqdim etməlidir. Tədris rumın dilindədir.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmaq mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər