UNİCEF həyəcan təbili çalır - Son 10 ilin hesabatı

UNİCEF həyəcan təbili çalır - Son 10 ilin hesabatı BMT-nin Uşaqlara Yardım Fondu (UNİCEF) son 10 ildə müharibə bölgələrində uşaqlara qarşı şiddətin üç qat artdığını açıqlayıb.
Hesabatda bildirilir ki, 2010-cu ildən indiyədək 170 min uşağa qarşı 10 mindən artıq ağır cinayətə yol verilib. UNİCEF uşaq hüquqlarının pozulduğu ölkələr arasında Suriya, Sudan, Mali, Əfqanıstan, Ukrayna və Yəməni qeyd edib.
Uşaq hüquqlarının 6 kateqoriya üzrə pozulduğu açıqlanıb. Bura uşaqların öldürülməsi, şikəst edilməsi, onların silahlı qruplar tərəfindən silahlandırılması, cinsəl şiddət, uşaq qaçırma, humanitar yardımın əngəllənməsi aiddir.

Tehsil-press.az

Oxşar xəbərlər