Təhsil Nazirliyi, Avropa İttifaqı və BMT-nin Uşaq Fondu (UNICEF) arasında yeni tərəfdaşlıq təşəbbüsü sayəsində daha çox sayda sağlamlıq imkanları məhdud uşaq keyfiyyətli inklüziv təhsildən faydalanacaq.
Bunu UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin “Sağlamlıq imkanları məhdud uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsinin təqdimat mərasimində çıxış edərkən deyib. O bildirib ki, yeni tərəfdaşlıq təşəbbüsü sağlamlıq imkanları məhdud uşaqların ölkədəki ümumtəhsil məktəblərində hərtərəfli təhsil alması üçün, eyni zamanda, onların cəmiyyətə inteqrasiyasına mane olan yanlış fikirlərin və münasibətlərin aradan qaldırılması üçün imkanlar yaradacaq.
“Sağlamlıq imkanları məhdud uşaqların keyfiyyətli təhsil prosesinə cəlb olunması onların bilik qazanmasına və inkişaf etməsinə müsbət təsir göstərəcək. Eyni zamanda, bu cür uşaqların ictimai həyatda fəaliyyəti barədə yanlış düşüncələrin əsassız olduğu sübuta yetiriləcək. Təhsilin hər bir uşaq üçün əlçatan olması sağlamlıq imkanları məhdud uşaqların öz potensiallarından hərtərəfli istifadə etməsinə imkan verəcək. Biz bu təşəbbüsün həyata keçirilməsində Təhsil Nazirliyi və Avropa İttifaqı ilə birgə işləməkdən məmnunuq”, - deyə E.Karvardin bildirib.
UNICEF-in nümayəndəsi qeyd edib ki, layihə çərçivəsində ölkənin yeddi şəhərində - Bakıda, Sumqayıtda, Gəncədə, Qubada, Şəkidə, Ağcabədidə və Qazaxda inklüziv təhsil üzrə resurs və dəstək mərkəzləri yaradılmaqla sağlamlıq imkanları məhdud uşaqların sosial inteqrasiyası məsələsinə ictimai diqqət artırılacaq. Bu təşəbbüs çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimlərinin ümumtəhsil məktəblərində xüsusi təlim keçməsi nəzərdə tutulur.
Tehsil-press.az