Azərbaycanda uşaqlar üçün ağır cəzaya görə tətbiq edilən maksimal həbs müddətinin 10 ildən 8 ilə endirilməsi yaxşı olardı.
Tehsil-press.az-ın məlumatına görə, bu təkliflə UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvadin bu gün “Uşaqlar üçün qanunvericilik: Milli Məclis UNICEF əməkdaşlığı” mövzusunda keçirilən tədbirdə çıxış edib.
Valideynlərə öz övladlarını atmamağı tövsiyə edən E.Karvardin deyib ki, uşaqların övladlığa götürülməsi üçün göstərilən səyləri dəstəkləmək lazımdır.
E.Karvardin qeyd edib ki, Azərbaycanda əhali arasında orqanizmdə dəmir çatışmazlığı problemi özünü göstərir. Onun sözlərinə görə, Azərbaycanda hər 3 qadından birinin dəmir çatışmazlığı problemi var. Ona görə də həm hamilə qadınlar, həm də gənclər arasında sağlamlıqla bağlı müəyyən problemlər özünü göstərir.
E.Karvardin uşaqların rifah səviyyəsinin yüksəldilməsi üçün UNİCEF-in gələcəkdə də Azərbaycana dəstək göstərməyə hazır olduğunu söyləyib.
Tehsil-press.az