Son günlər Hələbdə 100-ə yaxın uşaq həlak olub

Son günlər Hələbdə 100-ə yaxın uşaq həlak olub Son günlər Suriyanın Hələb şəhərinin şərqində gedən hərbi əməliyyatlarda 100-ə yaxın uşaq həlak olub. Bu barədə BMT-nin Uşaq Fondu (UNİSEF) məlumat yayıb.

Məlumatda bildirilir ki, son günlər davam edən ağır döyüşlər zamanı 220-dən çox uşaq yaralanıb. UNİCEF-in direktor müavini Castin Forsayt bildirib ki, Hələbin azyaşlı sakinləri dəhşətli vəziyyətdə yaşayırlar. "Onların əzablarını sözlə ifadə etmək mümkün deyil", – deyə UNİSEF rəsmisi bildirib.
Fondun bəyanatında bildirilir ki, cümə günündən indiyə kimi Hələbin şərqində gedən hərbi əməliyyatlar zamanı 96 uşaq öldürülüb, 223 azyaşlı yaralanıb.


Tehsil-press.az

Oxşar xəbərlər