Samux rayon Lək kənd tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü münasibəti ilə məktəbin müəllim kollektivi və şagirdlərin iştirakı ilə “dəyirmi masa” keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd məktəblilərə insan və uşaq hüquqları haqqında geniş məlumat vermək olub.
Məktəbin direktoru Eynulla Xəlilov tədbiri açıq elan edib. Sonra məktəbin tarix müəllimi Ülviyyə Qasımova, təqaüdçü müəllim, valideyn Tamella Süleymanova, ibtidai sinif müəllimləri və başqaları çıxış edərək uşaq hüquqlarının qorunmasından, uşaqlara diqqətin artırılmasından, uşaq hüquqlarının pozulmasından danışıblar.

Nurəddin BABAYEV,
Samux Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi