BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb

BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb Bakı Dövlət Universiteti (BDU) ilə İndoneziyanın Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
İmzalanma mərasimində bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmov Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətindən danışıb. BDU-nun fəaliyyəti barədə məlumat verən rektor ötən illərlə müqayisədə beynəlxalq əlaqələrin, o cümlədən İndoneziya universitetləri ilə əməkdaşlığın genişləndiyini diqqətə çatdırıb.
Darüssəlam Qontor Universitetinin rektoru, professor Amal Fəthullah bu ali məktəbin inkişaf mərhələlərindən, tədris istiqamətlərindən söz açıb, BDU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Görüşdə BDU-da İndoneziya ilə yanaşı, Malayziya, Bruney və Sinqapurun rəsmi dövlət dili kimi 40 milyon insanın ana dili olan malay dilinin tədrisi, həmçinin bu sahədə kadr hazırlığı ilə bağlı görüləcək işlər müzakirə olunub.
Sonra universitetlər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənəddə müəllim-tələbə mübadiləsi, birgə konfrans və seminarların keçirilməsi, yay məktəblərinin təşkili və s. məsələlər nəzərdə tutulur.
Qonaqlar BDU-nun elmi-tədqiqat mərkəzləri, laboratoriyaları, muzeyləri ilə tanış olublar.

Mətbuat Xidməti


BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıbBDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb

Oxşar xəbərlər