Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib. Ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək qeyd edib ki, Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış Ulu öndər Heydər Əliyev xalqımızı tarixin ağır və sərt sınaqlarından çıxarmışdır. Ulu öndərin rəhbərliyi ilə həyata keçirilmiş islahatlar ölkədə iqtisadi tənəzzülün qarşısını almış, iqtisadiyyatı sabitləşdirmiş, əhalinin sosial vəziyyətini yaxşılaşdırmış, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olmuş, bütövlükdə müasir Azərbaycanın dinamik və davamlı inkişafının bünövrəsini yaratmışdır. "Əsrin müqaviləsi" adı ilə indi bütün dünyada tanınmış tarixi sənədin imzalanması və uğurla reallaşdırılması böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürlərindən biridir.
Ulu öndərin müəllifi olduğu aqrar islahatlar kursu, kəndlini torpağın əsl mülkiyyətçisinə çevrilməsi, kənd təsərrüfatı istehsalçılarının torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad olunması və digər istiqamətlərdə qərarlar aqrar sahənin inkişafına böyük bir təkan olmuşdur. Bü gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Ulu öndər Heydər Əliyevin siyasət kursu ölkəmizin regionda lider dövlətə, beynəxalq səviyyəli layihələrin əsas iştirakçısına çevrilməsinə səbəb olmuşdur.
Tədbirdə film nümayiş etdirilmiş, universitetin İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi Samirə Qasımova, tələbələrdən Nurdanə Əhmədova, Aysu Hacıyeva, Nərgiz Rəcəbova Ulu öndər Heydər Əliyevin həyat yolu, xalqımızın və dövlətimizin taleyüklü məsələlərinin həllində rolu barədə məruzələr etmiş, şeirlər söyləmişlər.
ADAU-nun Mətbuat Xidməti