Yanvarın 8-də paytaxtda 13 dərəcə isti olacaq

Yanvarın 8-də paytaxtda 13 dərəcə isti olacaq Azərbaycanda yanvarın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6°, gündüz 9-13° isti, Bakıda gecə 4-6°, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 764 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə və gündüz 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi cənub rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 8-də Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Tehsil-press.az

Oxşar xəbərlər