26 sentyabr - Ümumdünya Ətraf Mühitin Sağlamlığı Günüdür.
Həmin təqvim Beynəlxalq Ətraf Mühitin Sağlamlığı Federasiyası tərəfindən təsis edilib. Bu təşkilat insanlar arasında ətraf mühitin sağlamlığı haqqında məlumat yayır və planetimizin ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün ölkələr arasında əməkdaşlığı inkişaf etdirir.
Bu günlə əlaqədar təşviqat işləri 2011-ci ildə İndoneziyada başlanılıb. Bir il sonra Avropa və Afrika , 2013-cü ildə isə Amerika, Avstraliya, Asiya qitəsinə yayıldı.
Hər il ətraf mühitin sağlamlığına ictimaiyyətin diqqətini çəkmək üçün bir mövzu ətrafında tədbirlər, kampaniyalar, aksiyalar keçirilir. Cari ilin şüarı “Daxili və xarici hava keyfiyyəti”dir.
Təhsil-press.az