ABŞ səfiri: Azərbaycanda parlament seçkilərinə çoxlu sayda namizədin qeydə alınmasını görməkdən şadıq

ABŞ səfiri: Azərbaycanda parlament seçkilərinə çoxlu sayda namizədin qeydə alınmasını görməkdən şadıq Azərbaycanda parlament seçkilərində çoxlu sayda namizədin qeydə alınmasını görməkdən şadıq.
Bu sözləri jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger deyib.
Səfir bildirib ki, ABŞ Azərbaycanda keçirilən parlament seçkilərini yaxından izləyir. Fərqli spektrləri təmsil edən namizədlərin, o cümlədən çoxlu sayda müstəqil, müxalif partiyalardan olan namizədlərin, gənclərin və qadınların, həmçinin yeni simaların qeydə alınmasını görməkdən çox şadıq.
Li Litzenberger qeyd edib ki, hazırda seçkiqabağı təşviqat kampaniyası yeni başlayır: “Biz şadıq ki, Azərbaycan seçkiləri izləmək üçün beynəlxalq müşahidəçiləri də dəvət edib”.

Tehsil-press.az

Oxşar xəbərlər