Xalqımızın qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 20 Yanvar faciəsi xalqımızın öz müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizə tarixinin şərəfli səhifəsidir.
Faciənin 30-cu ildönümü ilə əlaqədar Əqli Mülkiyyət Agentliyinin Aparatının və tabeliyindəki qurumların əməkdaşlarının iştirakı ilə anım tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə faciəvi hadisələrin şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış edən Aparatın rəhbəri Natiq isayev 20 Yanvar faciəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib. O, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsinin Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardığını qeyd edib, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq canlarından keçən Vətən övladlarının isə şəhidlik zirvəsinə ucaldığını bildirib. Qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Bu təcavüz zamanı 147 insan öldürülüb, 744 adam ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağılıb.
N.İsayev 1990-cı il yanvarın 21-də bütün çətinliklərə baxmayaraq, Ulu öndər Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək bəyanatla çıxış etdiyini, təcavüzə kəskin etirazını bildirdiyini, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdiyini, dinc sakinlərə qarşı törədilmiş cinayət əməllərini törədənlərin cəzalandırılmasını və qoşunların Bakıdan çıxarılmasını tələb etdiyini xatırladıb, məhz Heydər Əliyevin təklifi əsasında Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildiyini və qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırıb.
Bu gün möhtərəm cənab Prezident İlham Əliyev müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllinin daim diqqət mərkəzində saxlanmasını mühüm vəzifələrdən biri kimi qarşıya qoymuşdur. Müharibə veteranları, şəhid ailələri, əlillər ölkəmizdə hər cür dövlət qayğısı ilə əhatə olunmuş, onların sosial təminatının daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Anım tədbirində çıxış edənlər 20 yanvar faciəsini törədənləri lənətləmiş, ölkəmizdə müharibə veteranlarına, şəhid ailələrinə və əlillərə göstərilən dövlət qayğısından danışmışlar.
Əqli Mülkiyət Agentliyinin geniş tərkibli kollektivi Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin qəbirləri önünə təzə-tər qərənfillər düzülüb, ruhları ehtiramla anılıb.
Tehsil-press.az