Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev-muzeyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə bu müəssisənin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı 20 Yanvar gecəsində imperiya ordusu tərəfindən Bakıda və ayrı-ayrı rayonlarda törədilən qanlı hadisələrdən danışıb, bu dəhşətli faciənin heç zaman xalqımızın qan yaddaşından silinməyəcəyini vurğulayıb.
G.Babaxanlı ümummilli lider Heydər Əliyevin faciənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək qanlı hadisəni törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyini xatırladıb.
Digər çıxış edənlər də 20 Yanvarın tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsi olduğunu deyib, şəhidlərin xatirəsinin həmişə əziz tutulduğunu söyləyiblər.
Sonra “Qanlı Yanvar” filmi nümayiş etdirilib.
Tehsil-press.az