UNEC-in 90 illik yubileyi ilə əlaqədar tədbirlərə start verilib

UNEC-in 90 illik yubileyi ilə əlaqədar tədbirlərə start verilib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib.
Tədbirlər planına əsasən, beynəlxalq elmi konfransların təşkili, universitetin tarixi haqqında filmlərin, fotoalbomların hazırlanması, kitabların nəşri, görkəmli alimlərin həyat və yaradıcılığı ilə bağlı tədbirlərin, veteran əməkdaşlar və məşhur məzunlarla görüşlərin keçirilməsi, təqdimatların, müsabiqələrin, konsert proqramlarının, fləşmobların, rəsm və kitab sərgilərinin, idman yarışlarının reallaşdırılması nəzərdə tutulur.
Yubileylə bağlı ən böyük tədbir isə UNEC I İqtisadi Forumunun təşkili olacaq. Bundan başqa, UNEC Məzunlar Assosiasiyasının yaradılması və I Forumun, eləcə də “İqtisadçı Tələbələrin I Bakı Forumu”nun, yubiley məzun gününün və təntənəli yubiley mərasiminin keçirilməsi planlaşdırılıb. Universitetin tərəfdaşlıq etdiyi xarici ali təhsil müəssisələrində də “UNEC 90” yubiley tədbirləri təşkil olunacaq.
Xatırladaq ki, iyunun 19-da UNEC-in yaradılmasının 90 ili tamam olur.

UNEC-in Mətbuat Xidməti




Oxşar xəbərlər