“UNEC - 100” İnkişaf Strategiyası qəbul olundu

“UNEC - 100” İnkişaf Strategiyası qəbul olundu 2030-cu ildə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 100 illik yubileyini qeyd edəcək.
Bunu əsas tutaraq, UNEC-in 2030-cu ilə qədər fəaliyyətinin əsas istiqamətlərini özündə ehtiva edən “UNEC-100” İnkişaf Strategiyası qəbul edilib.
UNEC-in missiyası, gələcəyə baxışı və əsas dəyərlərinin yer aldığı strategiyada universitetin SWOT təhlili aparılıb və 2030-cu ilə qədər reallaşdırılması nəzərdə tutulan 7 strateji məqsəd və 31 strateji hədəfi müəyyən olunub. Sənəddə qeyd olunan hədəf və məqsədlərin həyata keçirilməsi üçün konkret fəaliyyət istiqamətləri təsbit olunub.
“UNEC-100” İnkişaf Strategiyasına uyğun görülən tədbirlər nəticəsində UNEC-in 90 yaşında dünyanın ən yaxşı 1000, 100 yaşında isə ən yaxşı 500 universitetindən birinə çevrilməsi hədəflənib.

UNEC-in Mətbuat Xidməti



Oxşar xəbərlər