Şamaxı Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb

Şamaxı Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Yanvarın 27-dən 29-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron seli proqnoz dövründə normal səviyyədə olacaq. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.
Geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) davam etsə də, fasilələrlə az fəal şərait meydana gələ bilər. Maqnit qasırğasının yaranması ehtimalı yanvarın 27 və 28-də 1 faizdən, ayın 29-da isə 5 faizdən aşağı qiymətləndirilir.

Tehsil-press.az

Oxşar xəbərlər