Rəsədxana: Günəş fəallığı aşağı səviyyədə qalacaq

Rəsədxana: Günəş fəallığı aşağı səviyyədə qalacaq Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.
Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb.
Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3).
Dekabrın 9-dan 11-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə tac dəliyinin geoeffektivliyi hesabına nisbətən yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.
Geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) davam edəcək. Maqnit qasırğasının yaranması ehtimalı dekabrın 9-da 5 faizdən, dekabrın 10-da və 11-də isə 1 faizdən aşağı qiymətləndirilir.

Tehsil-press.az

Oxşar xəbərlər