Rəsədxana kosmik hava durumu və proqnozunu açıqlayıb

Rəsədxana kosmik hava durumu və proqnozunu açıqlayıb Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
İyulun 25-dən 27-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin nominal səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir. Günəş küləyi parametrlərinin ümumən sakit rejimə uyğun olacağı, fasilələrlə azacıq güclənəcəyi proqnozlaşdırılır. Maqnit qasırğasının yaranma ehtimalı 1 faizdən aşağıdır.

Tehsil-press.az

Oxşar xəbərlər