Oktyabrın 5-də Bakı Ali Neft Məktəbində müəllimlərin peşə bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə rektor Elmar Qasımov müəllimləri təbrik edib, ümummilli lider Heydər Əliyevin müəllim peşəsinə verdiyi dəyərdən, bu şərəfli peşə sahiblərinin əməyinin cəmiyyətin tərəqqisində, gənclərin formalaşmasında rolundan danışıb. O, Prezident İlham Əliyevin cari ilin may ayının 1-də Bakı Ali Neft Məktəbinin yeni və əzəmətli kampusunun açılışında iştirakını qeyd edib. Rektor ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən söhbət açıb, BANM-in Azərbaycanın təhsil sistemində qazandığı uğurları məhz bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirib.
Daha sonra SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, müəllim peşəsi tarixən cəmiyyətdə ən dəyərli, müqəddəs və şərəfli peşələrdən biri hesab edilib. Müəllim peşəsinin vacibliyini, gözəlliyini və eyni zamanda, çətinliyini, məsuliyyətini yaxşı anlayan əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşıb, onu yüksək qiymətləndiriblər. Çünki müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Belə insanlar isə cəmiyyəti daha da inkişaf etdirir, onu irəli aparırlar. “Mübaliğəsiz deyə bilərik ki, bu gün müstəqil dövlətimizin daha da gücləndirilməsində fəal iştirak edən, cəmiyyətdə öz layiqli və vicdanlı vətəndaş mövqeyi ilə seçilən insanlar müəllim əməyinin yetirmələridir. Bizim hər birimizin layiqli vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin böyük və əvəzsiz xidmətləri vardır”, – deyə Xoşbəxt Yusifzadə bildirib.
BANM-in ilk məzunlarından biri, “SOCAR Polymer” şirkətinin əməkdaşı Gülnar Hüseynli isə çıxışında doğma müəllimlərinin onun bir kadr kimi yetişməsində sonsuz əməyinin olmasını qürur hissi ilə bildirib.
Sonra təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə ali məktəbin bir qrup qabaqcıl təhsil işçisi fəxri diplomlarla təltif olunub.
Tədbir konsert proqramı ilə davam edib.
BANM-nin Mətbuat Xidməti