Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə SOCAR-ın III Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neftkimya” Forumunun açılışı oldu.
Keçən ilki ilə nisbətən bu il Forumda iştirak edən ölkələrin sayında artım müşahidə olunub.
Ümumiyyətlə, bu il Forumda iştirak etməyə Azərbaycandan 72 nəfər, Rusiyadan 49 nəfər, Qazaxıstandan 32 nəfər, Böyük Britaniya, Almaniya, Fransa, İsveçrə, İtaliya, İspaniya, Avstriya, Polşa və digər Avropa ölkələrindən 53 nəfər, BƏƏ, İran, Türkmənistan, Özbəkistan və digər Asiya ölkələrindən 18 nəfər, Kolumbiya və Sinqapurdan isə 2 nəfər neft-qaz sektoru üzrə müəssisələrin rəhbər nümayəndələri qatılıb.
Forumu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov açaraq, artıq üçüncü ildir ki keçirilən SOCAR-ın Beynəlxalq Forumunun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunduğunu bildirib. Elmar Qasımov Forumun keçirilməsinin çox gözəl bir vaxta təsadüf etdiyini xüsusi vurğulayaraq, bir neçə gün bundan qabaq Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərdə böyük səs çoxluğu ilə yenidən prezident seçildiyini qeyd edib, Forum iştirakçıları adından xalqı təbrik edərək Azərbaycanın daim çiçəklənməsini və inkişafını arzulayıb.
Daha sonra rektor Elmar Qasımov Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu neft strategiyasının bütün dünyaya təbliğ olunmasında Forumun səmərəli platforma olduğunu bildirib:
“SOCAR-ın III Beynəlxalq Forumunda iştirak üçün dünyanın 30-yaxın ölkəsinin neft-qaz sektorunun aparıcı müəssisələrinin rəhbər nümayəndələrindən ibarət 230-a yaxın iştirakçı qatılıb. Bu göstərici Azərbaycanın adının dünya neft sektorunda önəmli mövqedə olmasından xəbər verir”.
Forumun iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin həyatından bəhs edən qısa filmi izləyərək onun əziz xatirəsini yad ediblər.
SOCAR-ın III Beynəlxalq Forumunun açılış mərasimində Energetika naziri Pərviz Şahbazov, Milli Məclisin sədr müavini Valeh Ələsgərov, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış edərək, Forum iştirakçılarını salamlayıb və irəlidəki günlərdə onlara uğurlar arzu ediblər.
Qeyd edək ki, əsas məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti və satışı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsi olan Forumun ilk üç günü dünyanın 30-dək ölkəsindən olan 40-a yaxın məruzəçinin çıxışı ətrafında müəyyən mövzuları əhatə edəcək.
Forumun ilk günü dünya neft-qaz bazarı, Xəzər və Mərkəzi Asiya bazarı, nəqliyyat infrastrukturuna, ikinci günü neft emalı, neft və neft-kimya məhsullarının ticarəti, üçüncü günü isə neft-kimya bazarı, neftayırma zavodları və neft-kimya üçün texnologiyalara həsr olunacaq. Forumun sonuncu günü isə müxtəlif ölkələrdən olan iştirakçılar üçün Heydər Əliyev adına Neft Emalı Zavodu və Sumqayıtda yerləşən Kimya Sənaye Parkının müəssisələrinə texniki səfərlərin təşkil olunması nəzərdə tutulub.
Forumda iştirak edən müəssisələr arasında dövlət strukturları, neft-qaz şirkətləri (treyderlər, NEZ və neft çıxarma), neft-kimya müəssisələri, nəqliyyat şirkətləri (limanlar, terminallar, boru kəmərləri və ekspeditorlar), banklar, hüquq və konsaltınq şirkətləri və avadanlıq istehsalçıları, yeni texnologiyalar hazırlayan müəssisələr və universitetlər var.

Hikmət Əliyev