Seçki bülletenlərinin DSK-lara verilməsi müddəti sabah başa çatır

Seçki bülletenlərinin DSK-lara verilməsi müddəti sabah başa çatır Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi müddəti başa çatır.
Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlər səsvermə gününə azı 5 gün qalanadək, 2020-ci il fevralın 4-dək dairə seçki komissiyalarına verilməlidir.
Fevralın 4-də, həmçinin hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində müstəsna hallarda seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılması prosesi başa çatır.

Tehsil-press.az

Oxşar xəbərlər