AMEA Rəyasət Heyətinin fevralın 5-də keçirilən iclasında akademiyada Azərbaycan Əsilli Alimlər Assosiasiyası yaradılması haqqında qərar qəbul edilib.
Mövzu ilə bağlı AMEA-nın akademik-katibi, akademiyanın müxbir üzvü Əminağa Sadıqov çıxış edib. O bildirib ki, ölkələrarası əlaqələrin sürətli inkişafı, dünyada qlobal problemlərin mövcudluğu və elmi inteqrasiyanın getdikcə daha da genişlənməsi alimlərin ortaq fəaliyyətini şərtləndirir.
Əminağa Sadıqov hazırda dünyanın bir sıra nüfuzlu elm və təhsil mərkəzlərində çoxsaylı Azərbaycan əsilli görkəmli alimlərin fəaliyyət göstərdiyini bildirib. Həmin alimlərlə elmi əlaqələrin qurulması, onların elmi potensialından və zəngin təcrübəsindən məqsədyönlü istifadəsi üçün kompleks tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb.
Qeyd olunanları nəzərə alaraq Rəyasət Heyəti AMEA-da xaricdə fəaliyyət göstərən Azərbaycan Əsilli Alimlər Assosiasiyasının yaradılması haqqında qərar qəbul edib.
Tehsil-press.az