Sentyabrın 17-də Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzində “Bilik günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə bu qurumda yaradılmış magistratura təhsilinin əhəmiyyətindən danışıb. Akademik bildirib ki, AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri elm və təhsilin inteqrasiyasıdır. Yüksək ixtisaslı kadr hazırlığı sahəsində elm və təhsilin səmərəli inteqrasiyasına nail olmaq, respublikamızın bacarıqlı mütəxəssislərə və elmi kadrlara artan tələbatını ödəmək məqsədilə ölkə rəhbərliyinin dəstəyi sayəsində AMEA-nın tarixində ilk dəfə 2015-ci ildə ali təhsilin magistratura pilləsi yaradılıb və bir sıra prioritet ixtisaslar üzrə qəbul həyata keçirilir: Bundan əsas məqsəd gəncləri elmi mühitə cəlb etmək, onların elmi təfəkkürünü artırmaqdır.
Qeyd olunub ki, 2016-2017-ci tədris ili üçün magistraturaya 19 ixtisas üzrə 56, cari ildə isə 67 tələbə qəbul olunub. Bu da gənclərin AMEA-nın magistratura pilləsində təhsil almalarına marağın getdikcə artmasının parlaq nümunəsidir.
AMEA rəhbəri akademiyada təhsil alan magistrantların elmi laboratoriyalarda təcrübə keçəcəklərini, elmin son nailiyyətləri ilə tanış olacaqlarını, müasir və perspektivli mövzulara həsr olunan dissertasiyalar müdafiə edəcəklərini və görkəmli alimlərlə ünsiyyət quracaqlarını bildirib. Akademik, həmçinin AMEA-da magistrantların elmlə məşğul olmaları üçün hər cür şəraitin yaradıldığını söyləyib.
Müasir dünyada elmin, təhsilin müstəsna rolunu qeyd edən akademik A.Əlizadə ölkəmizdə bu sahənin inkişafına xüsusi əhəmiyyət verildiyini vurğulayıb, magistrantları “Bilik günü” münasibətilə təbrik edib, nailiyyətlər arzulayıb.
AMEA Rəyasət Heyəti aparatı Elm və Təhsil İdarəsinin rəisi, akademiyanın müxbir üzvü Əminağa Sadıqov magistraturaya qəbulun nəticələri barədə məlumat verib. Bildirilib ki, 2018-2019-cu tədris ili üçün akademiyanın magistraturasına 19 ixtisas, 49 ixtisaslaşma üzrə 67 nəfər qəbul olunub.
Cari ildə AMEA-nın magistraturasında təhsil almaq üçün müsahibədə ümumilikdə 1124 bakalavrın iştirak etdiyini deyən Ə.Sadıqov qəbul olunan tələbələrdən 13-nün 112-dən yuxarı bal topladığını diqqətə çatdırıb.
Ə.Sadıqov AMEA-da magistratura təhsilinin təşkilini elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunan mühüm nailiyyətlərdən biri kimi dəyərləndirib. Alim bu il ilk dəfə Azərbaycan və rus dillərində AMEA-nın magistraturasına qəbulun ayrılıqda elan edildiyini bildirib.
Tədbirdə çıxış edən magistrantlar ölkəmizdə elmin, təhsilin inkişafına geniş imkanlar yaradıldığını, elmi fəaliyyətlərini uğurla davam etdirmək arzusunda olduqlarını söyləyib, yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Sonra AMEA-nın magistrantı adını qazanmış gənclərə magistr biletləri, qiymət kitabçaları və hədiyyələr təqdim olunub.

Kəmalə Rəhimli