AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək

AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti və vitse-prezidentləri yenidən seçiləcək.
Akademiyanın prezidenti ümumi yığıncaqda 5 il müddətinə seçiləcək. Akademiyanın ümumi yığıncağı tərəfindən seçilmiş AMEA prezidentinin həmin vəzifədə təsdiq edilmək üçün adı ölkə Prezidentinə təqdim ediləcək.
AMEA-nın Rəyasət Heyətinin seçkiləri ümumi yığıncaqda akademiyanın prezidentinin seçilməsi ilə başlanacaq. Rəyasət Heyətinin tərkibinin formalaşdırılması akademiyanın prezidentinin təqdimatı ilə həyata keçiriləcək.
Akademiyanın vitse-prezidentləri ümumi yığıncaqda gizli səsvermədə iştirak edən AMEA həqiqi üzvlərinin üçdə iki səs çoxluğu ilə 5 il müddətinə seçiləcəklər. Akademiyanın vitse-prezidentləri, akademik-katibi və Rəyasət Heyətinin digər üzvləri AMEA prezidentinin təqdimatı ilə Rəyasət Heyəti tərəfindən təsdiq ediləcəklər.
Xatırladaq ki, hazırda AMEA prezidenti akademik Akif Əlizadədir. O, bu vəzifəyə 2013-cü ildə seçilib. AMEA-nın vitse-prezidentləri isə akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev və Dilqəm Tağıyevdir.

Tehsil-press.az

Oxşar xəbərlər