İstənilən dövlət inkişafın davamlılığına nail olmaq, daha da irəliyə addımlamaq üçün kadr potensialının yetişdirilməsinə xüsusi önəm verməlidir. Yeni düşüncəli, müasir biliklərə sahib gənclərin hazırlanması bizim təminatlı gələcəyimiz deməkdir. Ümummilli liderimiz Heydər Əliyev qeyd edirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır. Nəyi öyrətmək dedikdə gənclərimizin vətənpərvər, bilikli, savadlı, eyni zamanda, müasir texnologiyalara hakim olmağı nəzərdə tutulur. Necə öyrətmək isə pedaqoji fəaliyyətlə məşğul olan müəssisələrin və insanların öhdəsinə düşür.
Bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov deyib.
O bildirib ki, dünya dayanmadan inkişaf edir. Elm və təhsil sahəsində hər gün yeniliklər baş verir. Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxışında qeyd edib ki, müəllimlər daim öz biliklərini artırmalıdırlar.
Cəfər Cəfərov deyib ki, yeni texnologiyalar informasiya cəmiyyətində bütün bilikləri əlçatan edib. İndi təhsil almaq yolları dəyişib. Bu səbəbdən də müəllimlər cəmiyyətdə baş verən yeniliklərlə ayaqlaşmalı, daima öz üzərlərində işləməlidirlər. Bunun üçün ölkədə hər cür şərait yaradılıb. Cəmiyyətdə baş verən sürətli dəyişikliklər müəllim peşəsini sıradan çıxarmamalıdır. Müəllimlər öz fəaliyyətlərini müasir tələblərə uyğunlaşdırmalıdırlar. Onlar mentor rolunu oynamağı bacarmalıdırlar. İnformasiya bolluğunda istiqaməti itirməmək üçün gənclərə yol göstərməlidirlər.
“Sevindirici haldır ki, bu gün Azərbaycanda müəllim peşəsinə olan maraq günbəgün artır. Ötən il 500-dən yuxarı bal toplamış 566 abituriyent məhz Azərbaycan Dövlət Pedaqoji Universitetini seçib. Universitetimizdə elə ixtisaslar var ki, orada, ümumiyyətlə, 500-dən aşağı bal toplayan tələbə yoxdur”, - deyə Cəfər Cəfərov vurğulayıb.
Tehsil-press.az