Oktyabr ayının 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb. Xalqımızın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb. Sonra isə universitetin Böyük Akt zalında 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq universitetin professor-müəllim və tələbə heyətini, əməkdaşlarını 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara cansağlığı, elm və təhsildə, pedaqoji fəaliyyətdə uğurlar arzulayıb. Rektor bildirib ki, hər il oktyabr ayının 5-də dünyada Beynəlxalq Müəllimlər Günü qeyd edilir. Tarixə nəzər salanda görürük ki, Beynəlxalq Müəllimlər Günü dünyada ilk dəfə 1947-ci ildə Braziliyanın San-paulo şəhərində keçirilib, amma bu rəsmi bayram olmayıb. Bu ölkədə 15 oktyabr Beynəlxalq Müəllimlər Günü kimi rəsmi olaraq 1963-cü ildən qeyd olunur. ABŞ-da Beynəlxalq Müəllimlər Günü 1953-cü ildən qeyd edilir. Bu bayram ayrı-ayrı ölkələrdə müxtəlif günlərdə qeyd olunur. Çində Beynəlxalq Müəllimlər Günü noyabrın 8-də qeyd olunur və bu, həmin ölkədə keçirilən 3 böyük dövlət bayramından biridir. Azərbaycanda bu gün keçmiş SSRİ vaxtından, 1965-ci ildən qeyd olunur. Bu günün qeyd edilməsi ilə bağlı qərar 1966-cı il oktyabrın 5-də Birləşmiş Millətlər Təşkilatının (BMT) ali mədəniyyət qurumu olan UNESKO tərəfindən verilmişdir və həmin ildən başlayaraq hər il oktyabrın 5-də dünyada Beynəlxalq Müəllimlər Günü qeyd edilir. Beynəlxalq Müəllimlər Günü hazırda dünyanın 100-dən çox ölkəsində qeyd olunur.
Rektor Cəfər Cəfərov çıxışı zamanı deyib ki, müəllim peşəsi tarixən cəmiyyətdə ən dəyərli, müqəddəs və şərəfli peşələrdən biri hesab edilir. Müəllim peşəsinin vacibliyini, gözəlliyini və eyni zamanda çətinliyini, məsuliyyətini yaxşı anlayan əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmış, onu yüksək qiymətləndirmişlər. Bu, keçmişdə də belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaqdır. Çünki məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Belə insanlar isə cəmiyyəti daha da inkişaf etdirir, onu irəli aparır. Mübaliğəsiz deyə bilərik ki, bu gün müstəqil dövlətimizin daha da gücləndirilməsində fəal iştirak edən, cəmiyyətdə öz layiqli və vicdanlı vətəndaş mövqeyi ilə seçilən insanlar müəllim əməyinin yetirmələridir. Bizim hər birimizin layiqli vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin böyük və əvəzsiz xidmətləri vardır.
Müəllimlər şagird və tələbələrin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün ictimai-siyasi, sosial-iqtisadi və mənəvi-əxlaqi problemlərini lazımınca anlamaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Qürur hissi ilə deyə bilərik ki, müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Müəllim cəmiyyətdə maarifləndirmə missiyasını həyata keçirir. Buna görə də müəllim bilikli, savadlı, geniş dünyagörüşlü, yüksək erudisiyalı olmalıdır. Müəllim daim öz üzərində işləməli, bilik, bacarıq və peşəkarlıq səviyyəsini artırmalıdır. Müəllim eyni zamanda qayğıkeş, sadə, səmimi, alicənab, fədakar, vətənpərvər, yüksək mənəviyyatlı olmalıdır. Müstəqil müasir Azərbaycan dövlətinin memarı və qurucusu, həmişə öz idarəçilik və dövlətçilik fəaliyyətində müəllim adına, müəllim əməyinə yüksək qiymət verən ümummilli liderimiz Heydər Əliyevin müəllimlə bağlı müdrik və gözəl bir fikri vardır: «Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamımızın rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir». Ulu öndərimiz Heydər Əliyev həm də müəllim adını, müəllim əməyini yüksək qiymətləndirərək demişdir: «Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən Yer üzündə müəllimdən yüksək ad tanımıram. Çünki hər birimizə təhsil, bilik verən, bu səviyyəyə qaldıran məktəbdir və məktəbdə təhsil verən də müəllimdir. Mən müəllim qarşısında baş əyirəm». Göründüyü kimi, dahi öndərimiz Heydər Əliyevin bu müdrik kəlamında müəllim adının yüksəkliyi, bu peşənin cəmiyyətdəki müqəddəs, şərəfli və eyni zamanda mühüm təyinatı hərtərəfli əks olunmuşdur. Ulu öndər Heydər Əliyevin ümummilli və ümumbəşəri ideyalarının davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev müəllim adına, müəllim əməyinə yüksək qiymət verərək demişdir: «Müəllim Azərbaycanda ən hörmətli insandır. Müəllimlər hər bir cəmiyyətin elitasıdır».!
Rektor vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev pedaqoji fəaliyyətə böyük qayğı və diqqət göstərir. Elm və təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edən ölkə Prezidenti İlham Əliyev yeni və müasir məktəb binalarının inşa edilməsinə, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, onların kompüterləşdirilməsinə xüsusi diqqət yetirir. Əvvəlki illərdə olduğu kimi, yeni tədris ilində də respublikamızda məktəblərin infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilmişdir. Eyni zamanda məktəblərin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatı sahəsində mühüm işlər görülmüşdür.
Ölkə rəhbərliyinin təhsil sahəsində uğurla həyata keçirdiyi islahatların ən mühüm və vacib istiqamətlərindən birini ümumtəhsil məktəblərinin dərsliklərlə təminatı təşkil edir. Ötən illərdə olduğu kimi, bu il də ümumtəhsil məktəbləri dərsliklərlə tam təmin edilmişdir.
Xüsusi qeyd etmək istəyirəm ki, son illər Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılması üçün böyük işlər görülür. Təhsil sahəsinin inkişafinda xüsusi xidmətləri ilə seçilən müəllimlərin əməyi rəğbətləndirilir, onlar dövlət tərəfindən təltif edilir, onlara fəxri adlar, mükafatlar verilir. Azərbaycan Prezidentinin təhsilin inkişafındakı xidmətlərinə görə oktyabr ayının 4-də təhsil işçilərinin təltif edilməsi və onlara fəxri adların verilməsi ilə bağlı imzaladığı sərəncamlar bunun növbəti əyani təzahürüdür.
Təhsil Nazirliyi tərəfindən 2014-2015-ci tədris ilində “Gələcəyin müəllimi təqaüdü” təsis edilib. Bu təqaüd pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən tələbələrə şamil olunur. Onlara əlavə 100 manat təqaüd verilir. Hər il 300 tələbəyə bu təqaüd verilib. Hazırda 900 nəfər tələbə bu təqaüdü alır.
Bunlarla yanaşı, Azərbaycanda 2015-ci ildə orta məktəb müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi həyata keçirilib və diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin əmək haqları 10% artıb. Gələn il respublikamızın daha 26 rayon və şəhərində müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsi nəzərdə tutulur. Bu da təbii ki, müəllim əməyinin və pedaqoji fəaliyyətin stimullaşdırılmasına xidmət edən mühüm bir addımdır.
Onu da xüsusi vurğulamaq istəyirəm ki, respublikamızda təhsil sahəsində bir çox layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva böyük xidmətlər göstərir. Həyatımızın ən vacib, ən aktual və ən həssas məsələlərinə böyük diqqət və qayğı ilə yanaşan Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən birini də məhz təhsilə xüsusi qayğı və diqqət təşkil edir. Mehriban xanım Əliyevanın həyatımızın digər sahələri ilə yanaşı, təhsil sahəsində həyata keçirdiyi səmərəli əməli fəaliyyət respublikamızın təhsil ictimaiyyəti, bütövlükdə isə xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Rektor Cəfər Cəfərov çıxışının sonunda qeyd edib ki, BMT tərəfindən «Təhsil əsri» adlandırılan XXI əsrdə Pedaqoji Universitet olaraq bizim üzərimizə müstəqil ölkəmiz üçün dərin və hərtərəfli biliyə malik, yüksəkixtisaslı, geniş dünyagörüşlü, zəngin mənəviyyatlı, vətənpərvər və milli ruhlu pedaqoji kadrların hazırlanması düşür. Biz müasir dövrün təhsil fəlsəfəsinə uyğun olaraq fəaliyyətimizdə kreativ olmalı, innovativ təşəbbüs və ideyaları tətbiq etməliyik. Bir sözlə, biz ölkəmizin sürətli sosial-iqtisadi inkişafının və müasir əmək bazarının tələblərinə cavab verən yüksək səviyyəli müəllim kadrları hazırlamalı, çalışdığımız universitetin təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməsi üçün var gücümüzlə çalışmalıyıq.
Toplantıda ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov çıxış edərək tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik edib, müəllimlik peşəsinin müqəddəs, şərəfli, eyni zamanda məsuliyyətli peşə olduğunu və müəllimlərin cəmiyyətimizdə yüksək yer tutduğunu bildirib.
Tədbirdə həmçinin Tələbə Gənclər Təşkilatının sədr müavini Aytac Fərzəliyeva çıxış edərək universitetdə tələbələr üçün yaradılmış şəffaf və obyektiv təhsil mühitinə, eləcə də onların təşəbbüslərinə, həyata keçirdikləri ictimai-mədəni tədbirlərə, layihələrə verilən dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.
Tədbir ADPU-nun tələbə-gənclərinin təqdim etdikləri ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

ADPU-nun Mətbuat Xidməti