Oktyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb. Sonra isə universitetin Böyük Akt zalında 5 Oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş geniş tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin məsul vəzifəli şəxsləri, Səbail Rayon İcra Hakimiyyətinin təmsilçiləri, ölkəmizin böyük və qabaqcıl universitetlərinin rektorları, prorektorları, təhsil ictimaiyyətinin nümayəndələri, təhsil ekspertləri, media strukturlarının rəhbərləri və əməkdaşları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ADPU-nun müəllim və tələbələrinin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarını 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib və uğurlar arzulayıb. Rektor bildirib ki, bu gün xalqımızın həyatında çox xoş və əlamətdar bir gündür. 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü dünyanın bütün mədəni və mütərəqqi xalqlarının həyatına əlamətdar və mühüm tarixi bir gün kimi daxil olub. Birləşmiş Millətlər Təşkilatının (BMT) ali mədəniyyət qurumu olan UNESKO tərəfindən 1966-cı il oktyabrın 5-də verilən qərar əsasında hər il oktyabrın 5-də dünyada Beynəlxalq Müəllimlər Günü keçirilir. Beynəlxalq Müəllimlər Günü dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda qeyd olunur. Azərbaycan xalqı bu gözəl, şərəfli və müqəddəs bayramı böyük sevinc hissi və ruh yüksəkliyi ilə qeyd edir.
Müasir Azərbaycanın qurucusu, ulu öndərimiz Heydər Əliyev demişdir: “Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev müəllim adına, müəllim əməyinə yüksək qiymət verir. Dövlət başçımız demişdir: “Müəllim Azərbaycanda ən hörmətli insandır. Müəllimlər hər bir cəmiyyətin elitasıdır”.
Təhsil sahəsinin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva böyük xidmətlər göstərir. Həyatımızın ən vacib, aktual və həssas məsələlərinə böyük diqqət və qayğı ilə yanaşan Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən birini məhz təhsilə xüsusi diqqət və qayğı təşkil edir.
Rektor Cəfər Cəfərov çıxışında vurğulayıb ki, Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılması üçün böyük işlər görülür. Təhsil Nazirliyinin həyata keçirdiyi genişmiqyaslı islahatların əsas məqsəd və hədəflərindən biri müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı pedaqoji kadrların hazırlanması və cəmiyyətdə müəllim peşəsinin ictimai nüfuzunun artırılmasıdır. Son illər bu sahədə ürəkaçan uğurlar, təqdirəlayiq nəticələr əldə edilib. İnanırıq ki, gerçəkləşdirilən məqsədyönlü fəaliyyət və səmərəli əməli tədbirlər nəticəsində ölkəmiz təhsil sahəsində, o cümlədən müəllim hazırlığında daha böyük uğurlar qazanacaq.
BMT tərəfindən “Təhsil əsri” adlandırılan XXI əsrdə Pedaqoji Universitet olaraq bizim üzərimizə müstəqil ölkəmiz üçün dərin və hərtərəfli biliyə malik, yüksək səviyyəli, geniş dünyagörüşlü, zəngin mənəviyyatlı, vətənpərvər və milli ruhlu pedaqoji kadrların hazırlanması düşür. Biz bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün əzmlə, fədakarlıqla çalışmalı, müasir dövrün təhsil fəlsəfəsinə uyğun olaraq fəaliyyətimizdə kreativ olmalı, innovativ təşəbbüs və ideyaları tətbiq etməliyik.
Təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva Təhsil Nazirliyinin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edib və onlara uğurlar arzulayıb. Bildirib ki, təhsil cəmiyyətin inkişafında böyük rol oynayır. Məktəb infrastrukturunun yenilənməsi, məktəblərin maddi-texniki bazasının gücləndiriməsi, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi, əmək haqqlarının artırılması təhsilin keyfiyətini yüksəldib. Müəllim təhsil prosesində əsas simadır. Ölkəmizdə uğurla həyata keçirilən təhsil islahatları cəmiyyətdə müəllim peşəsinə marağın artmasına səbəb olub. Bu il 2090 nəfər gənc 500-dən yüksək bal toplayaraq müəllim peşəsini seçib. 5 Oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbirin müəllim hazırlığının mərkəzi hesab edilən ADPU-da keçirilməsi olduqca təqdirəlayiqdir.
ADPU-nun, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin, Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin hazırladıqları maraqlı və rəngarəng konsert proqramı tədbir iştirakçılarına yüksək əhvali-ruhiyyə bəxş edib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi