Bakı Dövlət Universitetində əcnəbi tələbələrlə görüş

Bakı Dövlət Universitetində əcnəbi tələbələrlə görüş Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev universitetdə təhsil alan xarici tələbələrlə görüşüb.
Görüşdə Çin, Misir, İndoneziya, Qazaxıstan, Tacikistan və Sudandan olan tələbələr iştirak ediblər.
Rektor gələcəkdə savadlı mütəxəssislərə, təhsilli gənclərə tələbatın artacağını bildirib, tələbələrə təhsillərinə xüsusi diqqət ayırmalarını tövsiyə edib. Elçin Babayev Azərbaycanla Şərq ölkələri, xüsusilə Çinlə təhsil sahəsində ikitərəfli əlaqələrin olduğunu deyib.
Müxtəlif təhsil pillələrində təhsil alan xarici tələbələr dəstəyə görə Bakı Dövlət Universitetinin rəhbərliyinə təşəkkür ediblər. Onlar, həmçinin BDU-dan məzun olan tələbələrin hazırda təmsil etdikləri ölkələrdə müxtəlif dövlət qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını bildiriblər.
Sonda tələbələrin problemləri, çətinlikləri və onları maraqlandıran məsələlərə münasibət bildirən rektor onu da qeyd edib ki, universitetin yeni yataqxanası yaxın günlərdə istifadəyə veriləcək.
Görüşdə, həmçinin qrant layihələrinin qalibi olmuş və BDU-da təhsil almaq hüququ qazanmış tələbələr də iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər