Bakı Dövlət Universiteti yataqxana problemini həll edir

Bakı Dövlət Universiteti yataqxana problemini həll edir Bakı Dövlət Universitetinin yataqxana problemi artıq həll olmaq üzrədir. Hazırda texniki təchizat işləri gedir.
Bu fikri yanvarın 23-də Bakı Dövlət Universitetində imtahanlara ictimai baxış zamanı rektor Elçin Babayev AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, müasir tipli yataqxanada tələbələr üçün bütün lazımi şərait yaradılıb. Yataqxananın binasında yüksək səviyyədə təchiz olunmuş mətbəx, yeməkxana, kitabxana, oxu zalı, tibb məntəqəsi, asudə vaxtın səmərəli keçirilməsi üçün otaq, mağaza tələbələrin istifadəsində olacaq.
“İnanıram ki, tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılması onların təhsilinə də müsbət təsir göstərəcək”, – deyə rektor qeyd edib.
Elçin Babayev məlumat verib ki, ilk olaraq bir yataqxana binası istifadəyə veriləcək. Lakin universitetin yataqxana kompleksinin tikilməsi nəzərdə tutulur. Bu sahədə ciddi işlər gedir, layihələr hazırlanır.

Tehsil-press.az


Oxşar xəbərlər