“Clarivate Analytics” şirkətinin eksperti Əlyazmalar İnstitutunda seminar keçib

“Clarivate Analytics” şirkətinin eksperti Əlyazmalar İnstitutunda seminar keçib AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Beynəlxalq əlaqələr şöbəsi və ABŞ-ın “Clarivate Analytics” şirkətinin birgə təşkilatçılığı ilə “Web of Science” bazasından istifadə qaydaları üzrə seminar keçirilib.
Alim, doktorant və dissertantlarının iştirak etdiyi seminarı “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Valeriya Kurmakaeva aparıb.
Ekspert “Web of Science” məlumat bazasının humanitar elmlər üzrə jurnalları ilə işləmək, seçim şərtləri, məqalələrinin başlıqlarının jurnallara uyğunlaşdırılması və üslubu, akademik ingilis dilində yazma metodları, eləcə də impakt faktorlu jurnallar, istinad üzrə reytinq səviyyəsi (kvartillər), “yırtıcı” jurnallarla mübarizə və s. haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər