AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə Ukrayna Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetika İnstitutunun baş elmi işçisi, “Biopolymers and Cell” jurnalının redaksiya heyətinin rəhbəri, “Clarivate Analytics” agentliyinin elmi informasiya resursları üzrə eksperti İrina Tixonkova Botanika İnstitutunda olub. Əvvəlcə qonaq institutun direktoru, akademik Validə Əlizadə və AMEA-nın professoru Dilzarə Ağayeva ilə görüşüb.
Görüşdə bu elmi müəssisənin “Plant & Fungal Research” jurnalının müasir standartlara uyğun nəşri məsələləri müzakirə olunub. Ekspert jurnalın müasir tələblərə uyğun hazırlanmasından məmnunluğunu ifadə edib, nəşrin səviyyəsinin yaxşılaşdırılması istiqamətində praktik tövsiyələr verib.
Sonra Botanika İnstitutunda alim və gənc mütəxəssislərin iştirakı ilə təşkil olunan seminarda İrina Tixonkova “Web of Science” qlobal elmi bazasından effektiv istifadə qaydaları və bazanın əsas göstəriciləri ilə bağlı təqdimatla çıxış edib. Ekspert, həmçinin yırtıcı jurnallar və onlarla mübarizə üsulları, nəşriyyat xərcləri, əlyazmanın tərtibatı, tədqiqatçı və elmi təşkilatın nailiyyətlərinin davamlı təqdimatı, tədqiqat və nəşr dövriyyəsinin əsas mərhələləri, müəllifin, rəyçinin və redaktorun hər bir mərhələdə rolu, nəşriyyat prosesində müəlliflərin ən çox yol verdiyi səhvlər haqqında danışıb.
Tehsil-press.az