AzMİU-nun əməkdaşları beynəlxalq elmi jurnallarda məqalələrin dərc olunması ilə bağlı məlumatlandırılıb

AzMİU-nun əməkdaşları beynəlxalq elmi jurnallarda məqalələrin dərc olunması ilə bağlı məlumatlandırılıb Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elmi-tədqiqat şöbəsinin təşkilatçılığı ilə “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti xanım İneş Kenjina tərəfindən təlim keçirilib.
“Beynəlxalq elmi jurnallarda məqalələrin dərc etdirilməsinə dair tövsiyələr” və “Yırtıcı jurnallarla mübarizə” mövzularına həsr olunmuş təlimdə universitetin professor-müəllim heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan Elmi-tədqiqat şöbəsinin müdiri Nərmin Rzayeva seminarın əhəmiyyətindən danışıb. O, “Web of Science” bazasına daxil olan jurnallarda məqalə dərc etdirməkdə universitetin professor-müəllim heyətinə kömək üçün Elmi-tədqiqat şöbəsinin nəzdində yaradılmış işçi qrupun fəaliyyətindən bəhs edib.
Sonra İ.Kenjina “Web of Science” platformasına daxil olan jurnallarda dərc olunacaq məqalələrə qoyulmuş tələblər, elmi məqalələrin tərtibat qaydaları, seçim meyarları və digər praktiki məsələlərlə bağlı təlim iştirakçılarını məlumatlandırıb. Müəlliflərin “yırtıcı jurnalları” daha asan müəyyənləşdirərək onların tələlərinə düşməməsi üçün nəzər yetiriləsi əsas məqamlar təlim iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda təlimçi iştirakçıların suallarını cavablandırıb.

AzMİU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər